ELAN YERLƏŞDİR

Kirayə Aylıq,Bina evi / Mənzil,Bakı

1300 AZN/Kirayə Aylıq

➨ Xətai rayonu, Ağ şəhər, 1-ci Fəvvarələr küçəsi, Bakı Avropa Liseyinin arxasında "Ancora Residence" məxsus 7 mərtəbəli yeni tikili binanın 4-cü mərtəbəsində 2 otaqdan 3 otağa düzəlmə studio mənzil (xarici vətəndaşa, iş adamlarına və ailəyə) kirayə verilir. Müasir şəhərsalma tərtibatının tətbiqi sayəsində Ağ Şəhərin sxemi dünyanın aparıcı şəhərsalma layihələri xəritəsində özünəməxsus mövqe tutur. Mənzil tam əşyalı, yaşayış üçün lazımi mebel və avadanlıqlar ilə təchiz olunub. İşıq, su, qaz daimidir. Evdə istilik sistemi bütün otaqlarda isti döşəmədir. Bina infrastruktur cəhətdən əlverişli ərazidə yerləşir. Yaxınlıqda məktəb, bağça, supermarketlər, aptek və digər yaşam üçün əhəmiyyətli obyektlər mövcuddur. Ətraflı məlumat almaq üçün əlaqə saxlaya bilərsiniz.

➨ SƏS KEÇİRMƏYƏN ŞÜŞƏ VƏ ECAZKAR FASAD:
Səsin minimuma endirilməsinə və iş sahəsində sakitliyin təmin olunmasına kömək edən “sakit” divar sistemi, yüksək keyfiyyətli ikiqat şüşə paketindən ibarətdir. Bu sistem küçədən gələn səs-küyün qarşısını alır və beləliklə də, binanın yaxınılığındakı yollarla hərəkət edən maşınların səs-küyü Sizi narahat etmir.

➨ AVTOPARKİNQ:
Yerin altında və üstündə istər binada çalışan şəxslər, istərsə də qonaqlar üçün ümumilikdə 350 yerlik avtomobil parkinqi nəzərdə tutulub, nəzərə alınan əsas amil yerli ətraf mühit və ekologiyadır. Buna görə də binanın tərtibatında və tikintisində yüksək davamlılıq standartları nəzərə alınıb.

➨ Binanın xüsusiyyətləri:
1. 1.75 m/s sürətə qədər, 8 adamlıq kabinli Thyssen Krupp liftləri,
2. Enerjiyə qənaət edən LED işıqlandırma
3. Qaz və dizel yanacağı ilə çalışan iki səviyyəli gözlü istilik sistemi. Mərkəzləşdirilmiş gizli istilik sistemi
4. Su filtrasiya və yumşaldıcısı ilə su sistemi; xüsusi antibakterial örtüklü çən.
5. Generatorlar vasitəsilə binanın 100% fasiləsiz enerji təchizatı
6. 1-ə bölünən daimi təmiz hava təchizatı - SYSTEMAIR avadanlığı
7. Mərtəbələrdə zibil borusu
8. Binanın və ətrafın 24-saat təhlükəsizliyi

    • Göstəricilər:
    • Təmirli
      Balkon
      Lift
      Su
      Seyf Qapı
      Mətbəx mebeli
      Qaz
      İşıq
      PVC pəncərə
      Kombi sistemi
      Kondisoner
      Əşyalı