ELAN YERLƏŞDİR

Kirayə Aylıq,Bina evi / Mənzil,Bakı

480 AZN/Kirayə Aylıq

Nargilə kafesi və Blue Mall-ın yanı 38№-li Poliklinika olan binada 3 otaqlı mənzil kirayə verirəm. Öz evimdir.
Mebelnən yaxud mebelsiz kirayə verə bilərəm. Hal hazırda ev boşdur, sadəcə mətbəx mebeli var və bir otaqda yeni kondisioner var. Öz mebeliniz yoxdursa, evi mebelnən təmin edə bilərəm. Aylıq kirayə mebelsiz 480 AZN mebel ilə 550 AZN olacaq.
Ev çox işıqlıdır. Ön və arxa tərəflər açıq olduğu üçün həm işıqlı həmdə yel çəkən binadır. 2 Balkon var. 9cu mərtəbə olduğuna görə arxa balkondan axşam çox gözəl şəhər mənzərəsi var. Ön balkonlar qonaq otağı ilə mətbəxə birləşdrilib və böyüdülüb.
Bu binanın Mərkəzi istilik sistemi evi digər binalardan fərqli olaraq çox yüksək şəkildə isidir. Döşəmə taxtadır.
Binanın içi də istidir və təmirlidir, çölü fasadlıdır və çox səliqəlidir. Bina yeni liftlə təmin edilmişdir. Hər Blokda kod ilə təchiz edilmiş dəmir qapı var. Məhəlləyə avtomobil buraxılmır və Şlaqbaum ilə qorunur. Ailə və uşaqlar üçün çox gözəl mühiti, xalça futbol meydançası, besetkası və ətrafda parkı var.
Binanın arxasından 2 tərəfli magistral yol (Noyabr Prospekti) keçir. Yerüstü keçidlər var. Avtobus dayanacaqları: 12; 21; 51; 175; 46; 57 tam binanın arxasındadır.
Həzi Aslanov Metrostansiyası avtobusla 10 dəqiqə aralıdır. Avtobusla 10 dəqiqəyə Xətaiyə məsafe var.
Binanın ətrafında və yaxınlığında lazım olan hərşey var. Naxcıvanski, Bravo, Mirvari Plaza, Polis İdarəsi, Məktəb Bağça, Dənizçilik Akademiyası, Neurocərrahiyə və digər Xəstəxanalar və s.
Binanın altı isə 8 №-li Poliklinikadır.
Uzun müddətli qalacaq şəxslərə üstünlük verilir.
Sualınız olarsa buyurun.
Hörmətlə,
Samir

    • Göstəricilər:
    • Təmirli
      Kabel TV
      Balkon
      Lift
      Su
      Seyf Qapı
      Mətbəx mebeli
      Mərkəzi istilik
      Qaz
      İşıq
      PVC pəncərə
      Telefon
      Su çəni
      Kondisoner
      Əşyalı
      Əşyasız